Ukrayna Kiyev ətrafındakı Rusiya hərbçilərinin sayını açıqlayıbbackend

Ukrayna Kiyev ətrafındakı Rusiya hərbçilərinin sayını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ukrayna paytaxtı Kiyevin ətrafında Rusiyanın 12 min nəfərə yaxın hərbçisi var, lakin bu rəqəm daha az ola bilər.

TİA.AZ UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Daha az da ola bilər… çox az”, – o qeyd edib.

“Onlar Kiyevi necə ələ keçirəcəklər” sualına Aretoviç belə cavab verib: “Onlar elə sirli adamlardır. Plana sadiq qalırlar, 12 nəfər qalsa da, ona sadiq qalacaqlar. Onlar yenə də sevinəcəklər ki, Kiyevə son əsgərə qədər irəliləyirlər”.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri əlavə edib ki, 12 min nəfərdən 3 mini mühasirəyə alınıb, daha 4 min nəfər isə ətraf aləmdən ayrılıb və “xoşagəlməz yerdədirlər”.