Ukrayna kəşfiyyatı: “Rusiya qanadlı raketlərinin 55 %-ni istifadə edib”backend

Ukrayna kəşfiyyatı: “Rusiya qanadlı raketlərinin 55 %-ni istifadə edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Silahlı Qüvvələri Ukraynada müharibəyə başlamamışdan əvvəl sərəncamlarında olan qanadlı raketlərin 55 %-ni istifadə edib”.

TİA.AZ UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının nümayəndəsi Vadim Skibitski bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri üçün “İsgəndər” raketləri ilə bağlı vəziyyət xüsusilə ağırdır: “Onlarda müharibə başlamamışdan əvvəl əllərində olan “İsgəndər” raketlərinin, təxminən, 20%-i qalıb”.

“Kalibr” tipli qanadlı raketlərə gəlincə, onların sayı da çox deyil. Buna görə də Rusiya ordusu “X-22” və “S-300” zenit-raket komplekslərinin yerüstü variantlarından istifadə edir. Lakin bu ehtiyatları da tükənmək üzrədir”, – o vurğulayıb.