Ukrayna hərbçiləri ilk dəfə Rusiyanın “Mi-28” helikopterini vurubbackend

Ukrayna hərbçiləri ilk dəfə Rusiyanın “Mi-28” helikopterini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində Rusiyaya məxsus “Mi-28” helikopterini vurublar.

TİA.AZ xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukraynanın şərqində hava məkanında Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-28” və “Ka-52” helikopterinin uçuşu zamanı zenit raket qurğusu onlardan birini vurub.

Vurğulanıb ki, indiydək Ukrayna hərbçiləri iki “Ka-52” vurub, “Mi-28″i isə ilk dəfədir məhv edilər.