Ukrayna hərbçiləri Donetsk ətrafı ərazini minaatanlardan atəşə tutdubackend

Ukrayna hərbçiləri Donetsk ətrafı ərazini minaatanlardan atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna təhlükəsizlik qüvvələri Donetsk ətrafındakı Vesyoloye kəndini atəşə tutub. Qəsəbəyə 16 mina atılıb.
TİA.AZ xəbər verir ki, bu haqda özünü elan edən qondarma “Donetsk Xalq Respublikası”nın nümayəndələri məlumat verib. Dağıntı və itkilər barədə xəbər yoxdur.
Xatırladaq ki, bu ərəfədə Kiyev DXR milislərini Şumı kəndini atəşə tutmaqda günahlandırıb. Atəş zamın dörd Ukrayna hərbçisi ölüb, ikisi yaralanıb. DXR nümayəndələri bu ittihamları rədd ediblər.
Ötən il 27 iyuldan bəri Donbasda xüsusi atəşkəs tədbirləri görülür. Təmas zonasında hər hansı bir hərbi əməliyyat qadağandır. Bu ərazilərdə mühəndis konstruksiyalarının yaradılmasına və orada dronların buraxılmasına icazə verilmir. Bu məqamların pozulmasına görə hər iki tərəfdə intizam tənbehi tədbirləri nəzərdə tutulur.