Ukrayna hakimiyyəti rusların satın aldığı əraziləri əllərindən alacaqbackend

Ukrayna hakimiyyəti rusların satın aldığı əraziləri əllərindən alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna torpaq sahələrinin ruslar tərəfindən satın alınması ilə bağlı əməliyyatlar izləniləcək və sahələr müsadirə ediləcək. 
TİA.AZ mk.ru-ya istinadla xəbər verir ki, bunu Ukrayna İqtisadiyyat Nazirliyi rəhbərinin müavini Taras Vısotski deyib.
Vısotski Dom TV kanalının efirində rəsmi Rusiya vətəndaşlarının Ukrayna ərazisini əldə etmələrinin qadağan olunduğunu söyləyib. O, əlavə edib ki, ukraynalılar vasitəsi ilə qanundan yan keçmək, müqaviləni rəsmiləşdirmək cəhdi varsa, rəsmi orqanlar buna nəzarət edəcəklər. Vısotskiyə görə, belə bir fakt aşkarlanarsa, o zaman ərazi sadəcə həmin şəxsin əlindən alınacaq.
Ukrayna İqtisadiyyat Nazirliyinin nümayəndəsi hər bir əməliyyatda alıcının ödədiyi vəsait mənbəyinin təhlil ediləcəyini bildirib.
“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko torpaq satışına qoyulan moratoriumu aradan qaldıran qanun qüvvəyə mindiyi üçün 1 iyuldan Ukraynaya “faciəli zamanın” gələcəiyini deyib.