Ukrayna Gürcüstana Saakaşvili ilə bağlı nota göndəribbackend

Ukrayna Gürcüstana Saakaşvili ilə bağlı nota göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Mixeil Saakaşvilinin Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülməsi ilə bağlı Gürcüstann xarici siyasət idarəsinə rəsmi nota göndərib.

Tİa.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Sənəddə bildirilib ki, Ukrayna tərəfi bu barədə məlumatlandırılmayıb.

Ukrayna tərəfi Gürcüstan hakimiyyətini M.Saakaşvilini mülki xəstəxanaya yerləşdirməyə çağırıb.

“Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin penitensiar tibbi müəssisədə qalması əlavə risklər və gərginlik yaradır. Humanitar düşüncəni rəhbər tutaraq bunlara yol verməmək olar. XİN və Ukraynanın Gürcüstandakı səfirliyi Mixeil Saakaşvilinin ətrafındakı vəziyyəti xüsusi nəzarətdə saxlamaqda davam edir”, – XİN-nin bəyanatında deyilir.