Ukrayna ələ keçirilən Rusiya təyyarələri üçün bir milyon dollar mükafat verəcəkbackend

Ukrayna ələ keçirilən Rusiya təyyarələri üçün bir milyon dollar mükafat verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukroboronprom” dövlət konserni Rusiya təyyarələri və helikopterlərinin qaçırılması üçün mükafatlar təklif edib.

Aksiyada Rusiya pilotları özləri də iştirak edə bilərlər.

Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri Devid Araxamiya “Facebook”da məlumat verib.

Onun sözlərinə görə, “Ukroboronprom” qaçırılan və ya ələ keçirilən təyyarəyə görə 1 000 000 dollar mükafat ödəməyə hazırdır.

İşlək vəziyyətdə olan helikopter üçün 500 min dollarlıq mükafat var.

“Proqramda iştirak etməyə hazır olan Rusiya Federasiyasının pilotları üçün biz azad ölkənin vətəndaşlığının verilməsinə zəmanət veririk”, – Araxamiya əlavə edib.