Ukrayna əhalisi silahlanır – Mülki vətəndaşlar hərbi təlimlərə cəlb olunub-VİDEObackend

Ukrayna əhalisi silahlanır – Mülki vətəndaşlar hərbi təlimlərə cəlb olunub-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında hərbi-siyasi gərginlik günü-gündən artır və buna paralel olaraq, bölgədə diqqətçəkən hadisələr baş verir. DİA.AZ-ın məlumatına görə, reyting.az-ın xəbərinə görə, 255 min nəfərlik ordusu olan Ukraynada mülki əhaliyə odlu silahdan istifadə üçün təlim keçirildiyinə və ağır silahlardan istifadə qaydalarının öyrədilməsinə dair kadrlar yayılıb.

Minlərlə dollar ödəyərək silaha sarılmağa başlayan vətəndaşlar Ukraynanı qorumağa hazır olduqlarını ifadə edərək, ordudan döyüşməyi öyrənirlər.

Rəsmi Kiyev Ukrayna ordusunun bölgədəki könüllü vətəndaşlara hərbi təlim keçməyə başladığını təsdiqləyib. “Royter” agentliyinin təqdim etdiyi görüntülərdə növbəyə düzülən ukraynalılar ağır silahları yoxlayır və sınaq çəkilişləri edirlər. Mümkün müharibə vəziyyətində 255 min nəfərlik orduya dəstək verəcəyi gözlənilən könüllülər təlimlərə böyük maraq göstərirlər.

Açıqlamada qeyd olunur ki, tələbələrdən, bələdiyyə işçilərindən tutmuş sürücülərə qədər bir çox insan könüllülük proqramına qatılaraq silahdan istifadəni öyrənir.

Lvovda keçirilən təlimdəki iştirakçıların əsasən gənc yaşda olduğu bildirilir. Digər tərəfdən, İngiltərənin “The Times” qəzetinə danışan 52 yaşlı Mariana Jaqlo beynəlxalq ictimai rəyin gündəminə düşüb. Rusiya ilə gərginlik artmağa başlayanda özünə tüfəng alan Jaqlo deyib: “Ölkəmi qorumağa hazıram. Bir ana kimi Ukraynanın problemlərinin övladlarıma miras qalmasını istəmirəm. Bu problemi həll etmək lazımdır”.

Marketinq mütəxəssisi kimi çalışan Jaqlonun “Zbroyar Z-152” tüfəngi üçün təxminən 1000 dollar ödədiyi, həmçinin iki həftəlik “snayper təhsili” aldığı da bildirilir. O, durbin, teleskop və səsboğucu kimi aksesuarlara da xeyli maliyyə sərf edib.