Ukrayna Donbasda vəziyyətin ağırlaşmasıyla bağlı BMT-yə müraciət etdibackend

Ukrayna Donbasda vəziyyətin ağırlaşmasıyla bağlı BMT-yə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Rusiya qoşunlarının döyüş hazırlığının artması və Donbasdakı döyüşlərin aktivləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edib. 
TİA.AZ xəbər verir ki, bu barədə Twitter-də Ukraynanın BMT-dəki nümayəndəliyi məlumat verib.
“Biz BMT Təhlükəsizlik Şurasının tərəfdaş üzvlərinə Donbasda təhlükəsizliyin kəskinləşməsi və işğal altında olan ərazilərdə, eləcə də Ukrayna ilə sərhəddə Rusiya hərbi mövcudluğunun gücləndirilməsi barədə məlumat verdik. Onların dəstəyini qiymətləndiririk, əminik ki, Rusiyaya qarşı birgə göstərilən səylər və təzyiqlər hərbi eskalasiyanı dayandıracaq”, – mesajda deyilir.