Tribuna İnformasiya Agentliyi

Ukrayna daha bir ölkə ilə konfliktdə: Macar problemi…

14 İyul

Kiyev Macarıstanla dil qanunu ilə bağlı dialoqu davam etdirəcək. Ukrayna ilə hədə dilində danışmaq olmaz.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

O bildirib ki, NATO sammitində Macarıstan Baş naziri Viktor Urbanla bu barədə danışmağa imkan tapıb və dil hüququna dair dialoqun nazirlər səviyyəsində davam etdirilməsi ilə bağlı razılığa gəlib:

“Kiyev Venesiya Komissiyasının qərarını həyata keçirir. Mənim qənaətimə görə, bizimlə şantaj dilində danışan özü təcrid olunacaq”.

Qeyd edək ki, rəsmi Budapeşt Ukraynada yaşayan etnik macarların öz ana dillərində təhsil almaq hüququndan məhrum olunduğunu əsas gətirərək, Poroşenkonun NATO samitində iştirakını qadağan etməyi planlaşdırdığını bəyan etmişdi.