Ukrayna çaylarında Rusiya gəmilərinin üzməsinə qadağa qoyulurbackend

Ukrayna çaylarında Rusiya gəmilərinin üzməsinə qadağa qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada 1 yanvar 2022-ci ildən «Daxili su nəqliyyatı barədə» qanun qüvvəyə minib. O, Rusiya gəmilərinə Ukrayna çaylarında üzməyi qadağan edir.

Həmin qanun layihəsi Ukrayna Ali Radası tərəfindən hələ 2020-ci ildə qəbul olunub. Belə gəmiçilik arteriyasına Dnestr, Dunay, Dnepr və digər çaylar aiddir. Sənəd gəmiçilik sahəsində münasibətləri və gəmi sahiblərinin qanunvericiliyi pozmasını, həm də batmış gəmilərin batması məsələsini tənzimləyir.

Qanun gəmilərə Rusiya bayrağı altında sərnişin və yük daşınmasını qadağan edir.