“Ukrayna bu istiqamətlər üzrə əks-hücuma keçdi” – Silahlı Qüvvələrin açıqlamasıbackend

“Ukrayna bu istiqamətlər üzrə əks-hücuma keçdi” – Silahlı Qüvvələrin açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UKkrayna Silahlı Qüvvələrinin Baş Qərərgahı açıqlama yayıb.
TİA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, açıqlamada Ukrayna bütün istiqamətlər üzrə əks-hücuma keçdiyi bildirilir.
Həmin açıqlamanı təqdim edirik:

– Ukrayna Silahlı Qüvvələri Xarlovka və Xarkovda əks hücum əməliyyatı aparır. 

– Volın istiqamətində düşmən hərəkətini və aktiv hücuma keçə bilmir. 

– Malin və İrpin istiqamətlərində də düşmən, hücum tempini itirib, əhəmiyyətli itkilərə məruz qalaraq əlverişsiz sərhədlərə doğru geri çəkildilər.

– Çernobıl istiqamətində düşmən Demidova hücum etmək istədi, hücumun qarşısı alındı. 

– Jitomir vilayətində işğalçılar Gorenci, Spitok, Petruşkiv yaxınlığında qabaqcıl bölmələr yerləşdirirlər. Ruslar Borodyanka, Katyujanka və Qavronşina yaxınlığında tarla və logistika düşərgələri qurur. Hərəkətləri nəzarətimizdədir.

– Severski istiqaməti üzrə düşmən Krasnoqrad və İzyuma hücum etdi, itki verərək Bohodukiv, Çuguyiv və Şevçenkov sərhədlərinə geri çəkildi.

– Çerniqov istiqamətində də düşmənin qarşısı alınıb. İndi onlar Nizhinski, Nova, Basan və Kozelets istiqamətində hərəkət edirlər.

– Donbassda düşmən Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmağa çalışsa da məqsədləri baş tutmadı Mariupola olan hücumlarının qarşısı alındı.

– Qara dənizdə düşmən körfəzə doğru eniş etməyə hazırlaşır. Dəniz donanması qruplarını açıq körfəz boyu yerləşdirməyə cəhd edir.