Ukrayna Belarusa qarşı sanksiyalara qoşulacaq – Qətnamə Ali Radadan keçdibackend

Ukrayna Belarusa qarşı sanksiyalara qoşulacaq – Qətnamə Ali Radadan keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna parlamenti – Ali Rada Avropa İttifaqı tərəfindən Belarusa qarşı sanksiyalar qoyulmasını dəstəkləyib və avqustun 9-da Belarusda keçirilmiş prezident seçkisini ədalətsizadlandırıb.

“Ukrayna parlamentinin Belarusdakı vəziyyətlə bağlı bəyanatı” adlanan qətnaməyə 228 millət vəkili səs verib:“Biz Belarusda prezident seçkisinin qeyri-demokratik xarakterinə dair Avropa İttifaqının qiymətləndirməsinə qoşuluruq və seçki nəticələrinin saxtalaşdırılmasına, etirazçılara qarşı zorakılıq tətbiq edilməsinə görə cavabdehlik daşıyanlara sanksiyalar qoyulmasını dəstəkləyirik.

Qətnamədə deyilir ki, Belarusda prezident seçkisi nə azad, nə dəədalətli olub. Sənəddə bu da bildirilir ki, opponnetlərin təhdid və həbs edilməsi, müşahidəçilərəəngəl yaradılması, səslərin qeyri-şəffaf sayılması, MSK-nın tam hökumət nəzarəti altında olması bu seçki nəticələrinin həqiqəti əks etdirmədiyini göstərir.

Ali Rada habelə Belarus hüquq-mühafizə orqanlarının etirazçılara qarşı qəddarlığını pisləyib, bütün saxlananların azad olunmasına, müxalifətlə dialoq aparılmasına çağırıb. Sənəddə deyilir ki, yaranmış böhrandan çıxış yolunun variantlarından biri də yeni seçkinin keçirilməsi ola bilər.

Ali Rada bildirib ki, Belarusun suverenliyini dəstəkləyir və Minskin Kiyevin Belarusdakı stabilsizliyin arxasında durduğuna dair iddialarını rədd edir.

Ukrayna parlamenti habelə Aleksandr Lukaşenkonın böhranın çözülməsinə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) qatmasını pisləyir. Qətnamədə deyilir ki, Ukrayna Rusiyanın və KTMT-nin cəlb edilməsini özünün və Avropanın təhlükəsizliyinə hədə sayır.

Avropa İttifaqının xarici işlər komissarı Josef Borrell Avropa Parlamentində verdiyi bəyanatda bildirmişdi ki, Aleksandr Lukaşenkonu legitim prezident hesab etmir. Onun sözlərinə görə, Avropa İttifaqının Belarusa qarşı sanksiyaları gələn həftədən gec olmayaraq qəbul ediləcək.

Borrell onu da deyib ki, Belarus hakimiyyətinin Belarus cəmiyyəti ilə və ATƏT müşahidəçilərinin dəstəyi ilə keçirilən dialoqu bu vəziyyətdən çıxış yolu ola bilərdi, amma Lukaşenko rejimi heç bir səviyyədə danışıqlara getmək istəmir.

Belarusda bir aydan çoxdur ki, ölkəyə son 26 ildə rəhbərlik etmiş Lukaşenkonun yenidən prezident seçilməsinə qarşı kütləvi etiraz aksiyaları davam edir. Kanada, Britaniya və Avropa İttifaqının bir neçəölkəsi Belarus seçkisinin nəticələrini tanımayıb.

Bundan əvvəl Avropa Parlamentinin böyük siyasi partiyaları Lukaşenkonın Avropada persona nonqrata elan edilməsinəçağırmışdılar.