Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıbbackend

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri (SQ) indiyədək Ukraynada 30 850 nəfər canlı qüvvə itirib.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, iyunun 2-nə olan məlumata görə, Rusiya SQ-nin itkiləri 1363 tank, 3354 zirehli maşın, 661 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 95 hava hücumundan müdafiə vasitəsi, 210 təyyarə, 175 helikopter, 521 operativ-taktiki PUA, 120 qanadlı raket, 13 gəmi/qayıq, 51 xüsusi texnika təşkil edib.

“Ötən sutka ərzində düşmənin ən böyük itkisi Baxmutov istiqamətində qeydə alınıb”, – Ukrayna Baş Qərargahının məlumatında deyilir.