Ukrayna Baş Qərargahı: “Rusiyanın hərbi itkiləri 47 mini ötüb”backend

Ukrayna Baş Qərargahı: “Rusiyanın hərbi itkiləri 47 mini ötüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada Rusiya ordusunun daha 350 hərbçisi məhv edilib”.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 47 100-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 947 tank, 4 269 zirehli döyüş maşını, 1060 artilleriya sistemi, 279 reaktiv yaylım atəşi sistemi, 149 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 203 helikopter, 844 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 188 avtomobil texnikası və avtosistern, 101 xüsusi texnikadan ibarətdir.