Ukrayna Baş Qərargahı: “Rusiyanın 10 mindən çox hərbçisi öldürülüb”backend

Ukrayna Baş Qərargahı: “Rusiyanın 10 mindən çox hərbçisi öldürülüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın verdiyi itkiləri açıqlayıb.
Məlumatda müharibə başlayandan Rusiyanın 10 min çox hərbçi itirdiyi qeyd edilir.
Eyni zamanda, bildirilir ki, Rusiyaya məxsus 269 tank, 945 zirehli döyüş maşınları, 105 ədəd artilleriya sistemi, 50 ədəd reaktiv yaylım atəş sistemi, 19 ədəd hava hücumundan müdafiə sistemi, 39 ədəd təyyarə (müəyyənləşdirilir), 40 ədəd helikopter, 409 ədəd avtomobil avadanlığı, 2 ədəd yüngül sürətli qayıqlar, 60 sistern, 3 kəşfiyyat PUA-sı ələ keçirilib.
Qeyd edilib ki, hesablamalar hərbi əməliyyatların yüksək intensivliyi səbəbindən çətinləşdiyi üçün məlumatlar dəqiqləşdirilir.