Ukrayna Baş Qərargahı: “Rusiya hərbi qulluqçuları arasında fərarilik halları artıb”backend

Ukrayna Baş Qərargahı: “Rusiya hərbi qulluqçuları arasında fərarilik halları artıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rus işğalçılarının Ukraynaya döyüş və dəstək hissələrinin cəlb edilməsində böyük problemləri var”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib:
“İşğalçı qoşunları itki verməkdə davam edir. Döyüş hissələrinin və yardımçı hissələrin cəlb edilməsində böyük problemləri var. Düşmənin şəxsi heyətinin ruhdan düşməsi Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında fərarilik və Rusiya Federasiyasının Ukrayna ərazisindəki müharibədə iştirakından imtina hallarının artmasına səbəb olub”.