Ukrayna Baş Qərargahı: “İndiyədək Rusiyanın 191 helikopteri zərərsizləşdirilib”backend

Ukrayna Baş Qərargahı: “İndiyədək Rusiyanın 191 helikopteri zərərsizləşdirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 170 hərbçisi məhv edilib”.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 768 tank, 4014 zirehli döyüş maşını, 936 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 739 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 914 avtomobil texnikası və avtosistern, 82 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.