“Ukrayna azadlığı uğrunda savaşır”: Belarus könüllüləri öz ordusuna üz tutdu (VİDEO)backend

“Ukrayna azadlığı uğrunda savaşır”: Belarus könüllüləri öz ordusuna üz tutdu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belaruslu könüllülər öz ölkələrinin ordusunu Ukraynaya qarşı Rusiya ilə birlikdə döyüşməkdən imtina etməyə çağırıblar.
TİA.AZ Unian-a istinadla xəbər verir ki, onlar bu barədə videomüraciətdə bildiriblər.
Könüllülər qeyd ediblər ki, özünü prezident elan edən Aleksandr Lukaşenko 2020-ci ildə Belarusda hakimiyyəti ələ keçirib. Bütün ölkə faktiki olaraq girov götürülüb. İndi də Putin və Lukaşenko Ukraynaya hücum edib.
“Onlar sizi Putinin apardığı müharibəyə göndərməyə çalışırlar. Bu, Ukraynanın “denazifikasiyası” və “demilitarizasiyası” üçün xüsusi əməliyyat deyil. Ukrayna öz azadlığı üçün mübarizə aparır. Bu, ukraynalılar üçün Böyük Vətən müharibəsidir. 2020-ci ildə mənəvi seçim etmək sizin üçün çətin idi. Bu mənəvi seçimi bu gün etmək üçün hələ də gec deyil”, – deyə könüllülərdən biri bildirib.
O, Belarus hərbçilərini Ukrayna tərəfinə keçməyə çağırıb, çünki belaruslular da onun tərəfində döyüşür.
“Uşaqlar, evdə qalın və hər şey yaxşı olacaq. Son çarə olaraq, buna baxmayaraq, Ukraynaya məcbur gpndərilsəniz, mümkün qədər tez təslim olun. Ukrayna hakimiyyəti sizinlə müharibə əsiri kimi davranmayacaq. Sizin Ukraynada və ya seçdiyiniz Avropanın istənilən ölkəsində siyasi sığınacaq almaq imkanınız olacaq. Uşaqlar, biz haqlıyıq. Siz də seçiminizi edin. Yaşasın Belarus!” – deyə ikinci könüllü bildirib.