Ukrayna 1000 kvadrat kilometrdən çox ərazini azad etdi – VİDEObackend

Ukrayna 1000 kvadrat kilometrdən çox ərazini azad etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələri 1000 kvadratmetrdən çox ərazini azad edib.

TİA.AZ Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

O, işğaldan azad edilmiş ərazilərdə Ukrayna bayrağının qaldırılmasını və Ukrayna Silahlı Qüvvələri əsgərlərini qarşılayan insanların sevincini əks etdirən video yayıb.

“Son bir neçə gündə 1000 kvadrat kilometrdən çox ərazi işğalçıdan azad edilib. Bizim üçün çox çətindir, lakin biz irəliləyirik. Bizə kömək edən və yolumuzu gözləyən həmvətənlərimizə minnətdarıq”, – deyə Zalujnı bildirib.

Zaur