Uesli So: “Rəcəbov əla şahmatçıdır, amma onun günü deyildi”backend

Uesli So: “Rəcəbov əla şahmatçıdır, amma onun günü deyildi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün rəqibimin günü deyildi. Oyuna başlayanda onun favorit, bir qədər üstün olduğunu düşünürdüm”.

TİA.AZ-ın məlumatına görə, bu fikirləri ABŞ şahmatçısı Uesli So Çempionlar Turunun “Opera Euro Rapid” adlanan 3-cü mərhələsində Azərbaycan təmsilçisi Teymur Rəcəbova qalib gəldiyi yarımfinal görüşü barədə danışarkən deyib.

28 yaşlı qrossmeyster həmyerlimizin əla şahmatçı oldğunu bildirib: “Açıq deyə bilərəm ki, bu gün onda nələrsə düz getmədi”.

Qeyd edək ki, yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək.