UEFA Region Kuboku: “Cəbrayıl” Belarus komandasına uduzubbackend

UEFA Region Kuboku: “Cəbrayıl” Belarus komandasına uduzub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Region Kubokunda seçmə mərhələnin II qrupunda ilk oyun keçirilib.
Azərbaycan təmsilçisi “Cəbrayıl” Belarusun “Kolos” komandası ilə qarşılaşıb.

Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma “Kolos”un əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.
Hesabı 10-cu dəqiqədə “Şamaxı”nın futbolçusu Mehman Süleymanlı açıb. Lakin 40-cı dəqiqədə Babək Allahverdiyev qırmızı vərəqə alaraq, yerli komandanı azlıqda qoyub.
Qonaqlar say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıblar. Denis Simançik 62-ci, Aleksandr Paleşçuk isə 74-cü dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.
İki komanda arasında iyunun 24-də təkrar qarşılaşma keçiriləcək.
UEFA Region Kuboku
24 iyun
16:00. “Kolos” – “Cəbrayıl” – 2:1
Qollar: Denis Simançik, 62. Aleksandr Paleşçuk, 74 – Mehman Süleymanlı, 10
Qırmızı vərəqə: Babək Allahverdiyev, 40 (“Cəbrayıl”)
Şamaxı şəhər stadionu
Baş hakim: Damian Silvestrjak (Polşa)
Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)
Dördüncü hakim: Luka Sibelli (İsveçrə)
Qeyd edək ki, I qrupun ilk tur matçında Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib.