UEFA-nın klub reytinqi – SİYAHIbackend

UEFA-nın klub reytinqi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA-nın klub reytinqi açıqlanıb. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində və sonrakı mərhələlərdə qələbə 2 xal, heç-heçə 1 xaldır. Qrup raundundan başlayaraq minimum 1, maksimum 5 bonus xalı da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır:

İngiltərə – 88,855 əmsal

İspaniya – 78,712

Almaniya – 67,856

İtaliya – 61,854

Fransa – 49,914

Niderland – 47,200

Portuqaliya – 45,049

Şotlandiya – 33,700

Avstriya – 29,900

Belçika – 28,800

Serbiya – 27,000

Rusiya – 26,215

Ukrayna – 24,600

Norveç – 23,250

İsveçrə – 23,175

Yunanıstan – 23,100

Çexiya – 22,300

Xorvatiya – 22,025

Danimarka – 21,925

Türkiyə – 20,300

Kipr – 19,375

İsrail – 18,750

İsveç – 17,500

Bolqarıstan – 15,500

Macarıstan – 14,750

Rumıniya – 14,250

Slovakiya – 13,750

Polşa – 13,000

Azərbaycan – 12,625

Qazaxıstan – 11,500

Sloveniya – 10,375

Belarus – 9,250

Moldova – 8,500

Kosovo – 8,166

Latviya – 7,875

Lüksemburq – 7,875

Bosniya – 7,750

Finlandiya – 7,625

Litva – 7,625

Ermənistan – 7,500

Şimali İrlandiya – 7,333

İrlandiya – 7,000

Gürcüstan – 6,875

Farer adaları – 6,500

Estoniya – 6,416

Malta – 5,625

Albaniya – 5,375

Uels – 5,000

Cəbəllütariq – 4,916

Lixtenşteyn – 4,500

Andorra – 4,499

İslandiya – 4,250

Şimali Makedoniya – 3,875

Monteneqro – 3,750

San Marino – 1,166.

Novator.az bildirir ki, 2022-2023 mövsümünə 54 UEFA üzvünün (Rusiya yarışlardan kənardır) ümumilikdə 233 komandası buraxılır, onların 78-i Çempionlar Liqasında, 21-i Avropa Liqasında, 134-ü Konfrans Liqasında yer alır. Çempionlar Liqasının ilkin, birinci mərhələlərində ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına köçür, Avropa Liqasının birinci və ikinci mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayır.