Tribuna İnformasiya Agentliyi

UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib

13 Oktyabr

Millətlər Liqasında III turun növbəti matçları keçirilib.

“Report” xəbər verir ki, ikinci oyun günündə 4 liqada 7 qarşılaşma baş tutub. Bu dəfə oyunlar elə də məhsuldar alınmayıb. Qapılara cəmi 9 qol vurulub.

Azərbaycan milli komandasının yer aldığı D Liqasında Belarus Lüksemburqu 1, Moldova San Marinonu 2 cavabsız topla yenib. Bununla da Belarus liderliyi ələ alıb.

A Liqasında son dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrəyə Romelu Lukakunun “dubl”u sayəsində 2:1 hesabı ilə qalib gələrək, vahid liderə çevrilib. Bu həm də gecənin ən məhsuldar oyunu olub.

Xorvatiya isə doğma meydanda azarkeşsiz keçirilən matçda İngiltərə ilə qolsuz heç-heçə edib. Bununla da hər iki komanda ilk xallarını qazanıb.

B Liqasında Avstriya Şimali İrlandiyaya, C Liqasında Yunanıstan Macarıstana evdə, Finlandiya isə Estoniyaya səfərdə minimal hesabla qalib gəlib.

UEFA Millətlər Liqası, III tur

A Liqası

2-ci qrup

22:45. Belçika – İsveçrə – 2:1

Qollar: Romelu Lukaku, 58; 84 – Mario Qavranoviç, 76

Xal durumu: Belçika – 6 (2 oyuna), İsveçrə – 3 (2), İslandiya – 0 (2)

4-cü qrup

22:45. Xorvatiya – İngiltərə – 0:0

Xal durumu: İspaniya – 6 xal (2 oyuna), İngiltərə – 1 (2), Xorvatiya – 1 (2)

B Liqası

3-cü qrup

22:45. Avstriya – Şimali İrlandiya – 1:0

Qol: Marko Arnautoviç, 71

Xal durumu: Bosniya və Herseqovina – 6 xal (2 oyuna), Avstriya – 3 (2), Şimali İrlandiya – 0 (2)

C Liqası

2-ci qrup

22:45. Estoniya – Finlandiya – 0:1

Qol: Teemu Pukki, 90+1

22:45. Yunanıstan – Macarıstan – 1:0

Qol: Kostas Mitroğlu, 65

Xal durumu: Finlandiya – 9 xal (3 oyuna), Yunanıstan – 6 (3), Macarıstan – 3 (3), Estoniya – 0 (3)

D Liqası

2-ci qrup

22:45. Belarus – Lüksemburq – 1:0

Qol: Anton Saroka, 43

22:45. Moldova – San Marino – 2:0

Qollar: Radu Ginsari, 31; 67

Xal durumu: Belarus – 7 xal (3 oyuna), Lüksemburq – 6 (3), Moldova – 4 (3), San Marino – 0 (3).