Tribuna İnformasiya Agentliyi

UEFA Millətlər Liqasında III tura start veriləcək

11 Oktyabr

Bu gün UEFA Millətlər Liqasında III tura start veriləcək.

“Report” xəbər verir ki, ilk oyun günündə 4 liqada 7 qarşılaşma baş tutacaq.

D Liqasında mübarizə aparan Azərbaycan yığması səfərdə Farer adaları ilə üz-üzə gələcək. Qrupun digər matçında isə Kosovo Maltanı qəbul edəcək.

İki oyundan sonra milli komandamız qrupda 2 xalla III pillədə qərarlaşıb. Kosova 4 xalla turnir cədvəlinə başçılıq edir. Farer adalarının 3 xalla ikinci, Malta isə 1 xalla sonuncudur.

İlk oyun günündə A Liqasında bir qarşılaşma təşkil olunacaq. Polşa doğma meydanda Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcək. Poruqaliya 3 xalla qrupda liderdir. Polşa və İtaliyanın isə hərəyə 1 xalı var.

Günün digər maraqla gözlənilən matçı isə B liqasında reallaşacaq. Rusiya evdə İsveçlə qarşılaşacaq. Şimal qonşularımız bir oyuna 3 xalla liderdir. Qrupda iki oyun keçirən Türkiyənin də 3 xalı mövcuddur. İsveçin isə hələ ki, xalı yoxdur.

UEFA Millətlər Liqası

III tur

A Liqası

3-cü qrup

22:45. Polşa – Portuqaliya

Xal durumu: Portuqaliya – 3 xal (1 oyuna), İtaliya – 1 (2), Polşa – 1 (1)

B Liqası

2-ci qrup

22:45. Rusiya – İsveç

Xal durumu: Rusiya – 3 xal (1 oyuna), Türkiyə 3 (2) İsveç – 0 (1)

C Liqası

1-ci qrup

22:45. İsrail – Şotlandiya

Xal durumu: Şotlandiya – 3 xal (1 oyuna), Albaniya – 3 (2), İsrail – 0 (1)

4-cü qrup

22:45. Litva – Rumıniya

22:45. Monteneqro – Serbiya

Xal durumu: Monteneqro – 4 xal, Serbiya – 4, Rumıniya – 2, Litva – 0

D Liqası

3-cü qrup

22:45. Farer adaları – Azərbaycan

22:45. Kosovo – Malta

Xal durumu: Kosovo – 4 xal, Farer adaları – 3, Azərbaycan – 2, Malta – 1.