Tribuna İnformasiya Agentliyi

UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib

11 Sentyabr

UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib.

“Report” xəbər verir ki, ikinci oyun günündə 4 liqada 8 qarşılaşma baş tutub.

A Liqasında 3-ci qrupun görüşündə Portuqaliya İtaliyanı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Portuqaliya 3 xalla liderliyi ələ alıb. İtaliya və Polşanın isə hərəyə 1 xalı var.

B liqasının 2-ci qrupunda Türkiyə millisi səfərdə İsveçlə qarşılaşıb. Matç Türkiyənin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb. 75-ci dəqiqədəyədək 0:2 hesabı ilə geridə olan “ay-ulduzlular” qalan bölümdə 3 qol vurmağı bacaeıb. Qrupda Rusiya və Türkiyə yığmasının 3 xalı var. İsveçin isə xalı yoxdur.

C Liqasının 1-ci qrupunda “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin yenə ehtiyatda qaldığı oyunda Albaniya millisi səfərdə Şotlandiyaya uduzub – 0:2. 3-cü qrupda isə Monteneqro Litvanı 2:0 hesabı ilə yendiyi halda, Serbiya Rumıniya ilə bacarmayıb – 2:2.

Nəhayət, D Liqasının 1-ci qrupunda Qazaxıstan səfərdə Andorranı yenə bilməyib. Orta asiyalılar Latviya ilə birgə hərəyə 1 xalla 3-4-vü pillələri bölüşürlər. Qrupa 6 xalla Gürcüstan başçılıq edirsə, Andorranın 2 xalı var.

3-cü qrupda Azərbaycan millisi səfərdə Malta ilə 1:1 hesablı heç-heçə edib. Kosovo isə Farer adaları yığmasına 2:0 hesabı ilə qalib gələrək, liderliyi ələ alıb.

UEFA Millətlər Liqası, II tur

A Liqası

3-cü qrup

Portuqaliya – İtaliya – 1:0

Qol: Andre Silva, 48

Xal durumu: Portuqaliya – 3 xal (1 oyuna), İtaliya – 1 (2), Polşa- 1 (1)

B Liqası

2-ci qrup

İsveç – Türkiyə – 2:3

Qollar: İsaak Telin, 35. Viktor Klaesson, 49 – Hakan Çalhanoğlu, 51. Emre Akbaba, 88; 90+2

Xal durumu: Rusiya – 3 xal (1 oyuna), Türkiyə 3 (2) İsveç – 0 (1).

C Liqası

1-ci qrup

Şotlandiya – Albaniya – 2:0

Qollar: Berat Cimşiti, 47 (öz qapısına). Stiven Neysmit, 68

Xal durumu: Şotlandiya – 3 xal (1 oyuna), Albaniya – 3 (2), İsrail – 0 (1)

4-cü qrup

Serbiya – Rumıniya – 2:2

Qollar: Aleksandar Mitroviç, 26; 63 – Nikolae Stanku, 48 (p.). Tsukudyan George, 68

Monteneqro – Litva – 2:0

Qollar: Stefan Saviç, 34 (p). Marko Yankoviç, 35

Xal durumu: Monteneqro – 4 xal, Serbiya – 4, Rumıniya – 2, Litva – 0

D Liqası

1-ci qrup

Andorra – Qazaxıstan – 1:1

Qollar: Jordi Allaez, 85 – Yuri Loqvinenko, 68

Xal durumu: Gürcüstan – 6 xal, Andorra – 2, Latviya – 1, Qazaxıstan – 1.

3-cü qrup

Malta – Azərbaycan – 1:1

Qollar: Andrey Acus, 10 (p.) – Təmkin Xəlilzadə, 26

Kosovo – Farer adaları – 2:0

Qollar: Arber Zeneli, 50. Atdhe Nuhiu, 54

Xal durumu: Kosovo – 4 xal, Farer adaları – 3, Azərbaycan – 2, Malta – 1.