UEFA klublar üçün yeni turnir yaradırbackend

UEFA klublar üçün yeni turnir yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA 2021-ci ildən etibarən üçüncü Avropa klub turnirinin keçirilməsini təklif edib.

TİA.AZ-ın məlumatına görə, bunu Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli deyib.

O bildirib ki, ECA yaxın zamanlarda bu təklifi UEFA ilə müzakirə edəcək.

Hələlik yeni turnirin formatı barədə məlumat verilməsə də, yarışda 32 komandanın iştirak edəcəyi nəzərdə tutulur.

Həmçinin hazırda 48 komandanın iştirak etdiyi Avropa Liqasında iştirakçıların sayının 32-yə endiriləcəyi bildirilir.