backend

UEFA Azərbaycanın 5 klubuna pul ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA-nın Azərbaycanı 2016-2017 mövsümündə Avropa kuboklarında təmsil etmiş 4 klub üçün ayırdığı vəsait açıqlanıb. 

UEFA-nın Azərbaycanı 2016-2017 mövsümündə Avropa kuboklarında təmsil etmiş 4 klub üçün ayırdığı vəsait açıqlanıb.


TİA.AZ-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” Çempionlar Liqasında iştirak qarşılığında 1 088 460.00 avro qazanıb.

“Qəbələ” 733 660 avro, “Neftçi” 458 620 avro, “Kəpəz” isə 440 min avro mükafata sahib çıxıb. “İnter” klubuna isə 58 660 avro verilib.

UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb. Yalnız “Kəpəz” üçün ayrılmış vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Gəncə təmsilçisinə çatdırılacaq.