Ucuz avtomobildən çox, bahalıdan az rüsum alınır – Müqayisəli statistikabackend

Ucuz avtomobildən çox, bahalıdan az rüsum alınır – Müqayisəli statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycan və Almaniya gömrük orqanlarının statistikası əsasında 2019-cu ildə ölkəmizə avtomobil idxalına dair maraqlı müqayisə aparıb.

O, nümunə kimi yalnız benzinlə işləyən 4 fərqli mühərrik ölçüsünə dair avtomobillərin rüsum fərqlərini seçib. TİA.AZ həmin materialı təqdim edir:

«Mühərrikinin həcmi 1000 kub.sm-dən çox olmayan minik avtomobillərinin orta idxal dəyəri – bizim statistikaya görə 11179 dollar, Almaniya gömrüyünə görə 6477 dollar;

Mühərrikinin həcmi 1000-1500 kub.sm intervalında olan minik avtomobillərinin orta idxal dəyəri – bizim statistikaya görə 4359, Almaniya gömrüyünə görə 3000 dollar;

Mühərrikinin həcmi 1500-3000 kub.sm intervalında olan minik avtomobillərinin orta idxal dəyəri – bizim statistikaya görə 22463, Almaniya gömrüyünə görə 49395 dollar;

Mühərrikinin həcmi 3000 kub.sm-dən çox olan minik avtomobillərinin orta idxal dəyəri – bizim statistikaua görə 183020, Almaniya gömrüyünə görə 199703 dollar”.

R. Ağayev statistikanı təhlil edərkən 2 vacib məqama diqqət çəkib: “Birincisi, ucuz avtomobillərdə Azərbaycanın gömrük dəyəri daha yuxarı, bahalı avtomobillərdə isə daha aşağıdır.

İkincisi, dəyəri 200 min dollar ətrafında olan benzinlə işləyən minik avtomobillərinin sayı ümumi idxal edilmiş avtomobillərin 3%-dir, amma onların idxalın dəyərində xüsusi çəkisi 30%-ə yaxın olub”.