Uçuş üçün verilən COVID testinin müddəti artırıldı – RƏSMİbackend

Uçuş üçün verilən COVID testinin müddəti artırıldı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib.
Qeyd edilib ki, 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.