Tribuna İnformasiya Agentliyi

Uçurum üzərindəki körpünün partladılması videoya çəkildi – VİDEO

12 İyul
Moderator.az İzvestiya iz saytına istinadən bildirir ki, Kolumbiyada Çirajira kanyonundan keçən yarımçıq körpünü partladıblar.
Dərənin dərinliyi təxminən 300 metr təşkil edir. Hakimiyyət yanvarda körpüdə baş vermiş faciədən sonra  qərara gəlib ki, körpünü tamam ləğv etsin.
Körpü paytaxt Boqota ilə Vilya Visensio şəhərini birləşdirməli idi, amma istismara verilməmişdən bir az əvvəl layihədəki səhvin ucbatından asmaların biri uçub. Nəticədə 10 nəfər ölüb, dörd nəfər də xəsarət almışdı.
Xüsusi komissiya müəyyənləşdirib ki, konstruksiyadakı çatışmazlığa görə körpünün salamat qalan hissələri də istənilən vaxt öz-özünə uçub dağıla bilər. Körpünü məhv etmək üçün 100 kq trotil və 30 detonator lazım olub. Körpünün partladılması videoya çəkilib.