Üçüncü mərtəbədən yıxılan körpə kişinin qucağına düşüb – Videobackend

Üçüncü mərtəbədən yıxılan körpə kişinin qucağına düşüb – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə üçüncü mərtəbədən yıxılan körpə iş yerinin önündə oturan sahibkarın üzərinə düşərək sağ qalıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, hadisə ölkənin Qaziantep şəhərində qeydə alınıb.

Məlumata görə, Qaziantep şəhərinin Şəhidkamil rayonunda əmlak biznesilə məşğul olan İsmail Elmas yoldaşları ilə birgə iş yerinin önündə oturarkən üzərinə üçüncü mərtəbədən körpə düşüb.

Nəticədə İsmail Elmas və suriyalı olduğu bildirilən 2 yaşlı körpə yerə yıxılıblar.

Qeyd olunub ki, uşaq və sahibkarın səhhətləri yaxşıdır.