“Ucar Aqroservis”in işçiləri narazılıq edir – Müraciət…(FOTO)backend

“Ucar Aqroservis”in işçiləri narazılıq edir – Müraciət…(FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “”Aqroservis” ASC-nin Akşin adlı şöbə müdiri vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlətin ayırdığı büdcə vəsaitini talan etməklə məşğuldur. Buna görə biz min-bir əziyyətlə pul qazanan zəhmətkeş insanlar borc içində yaşamağa məhkum olmuşuq”. Bu barədə TİA.AZ-a “Ucar Aqroservis”in işçiləri tərəfindən edilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: “Belə ki, biz Ucar “Aqroservis”-dən 2014-cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirik və vaxtlı-vaxtında pulumuzu ödəyirdik. Hər il üçün taxıl biçimi mövsümündə gecə-gündüz işləyib pulu ödəmişik.
Qanuna əsasən lizinq yolu ilə götürdüyümüz texnikaların təmirini “Aqroservis” ASC həyata keçirməlidir.Ancaq yuxarıda qeyd etdiyimiz kimi “Aqroservis”in Akşin adlı şöbə müdiri ayrılan vəsaiti təyinatı üzrə xərcləmədən şəxsi maraqlarına görə talan edir.
Bu il texnikanın nasazlığına görə vətəndaşın taxilini biçən zaman məhsulun 743 kq yerə tökülərək zay olmuşdur.
Mən bu barədə dərhal baş idarəyə məlumat vermişəm.Ucar rayonuna gələ “Aqroservis” ASC-nin əməkdaş Tariyel Babayev texnikalara baxış keçirib nasaz olmasına dair akt tərtib etdilər.

Nasaz kombaynların təmirinin “Aqroservis” ASC tərəfindən həyata keçiriləcəyi bildirilsədə Aqşin adlı şöbə müdiri bunu mümkünsüz etdi. Məcbur olub öz hesabımıza kombaynlarımızı təmir etdirdik.Buna görə 1355 manat pul xərclədik. Bundan sonra müqavilədə nəzərdə tutulan illik ödənişin 1000 manatını ödəsəkdə qalan pulu ödəyə bilməmişik.
Buna görə biz “Aqroservis”-ə məlumat verib müqaviləni dayandırmağı xahiş etdik.
Hətta biz Bakı şəhərinə Aqroserviz idarəsinə qəbula getdik idarə başqa ünvana köçüb deyə qəbula gedə bilmədik.Buna görə Aqşin müəllimə zənglər etsəkdə o bizim telefonlarımıza cavab vermədi.Çünki bu adam o dərəcədə harınlayıb ki, mexanizatorları saya salmır. Aqroservisin balansıda olan texnikaların təmiri üçün ayrılan ehtiyat hissələri, sürgü yağlarını Aqşin müəllim satıb talan edir.7 ildir ki, texnikanı lizinq yolu ilə götürsəkdə bir dəfə də olsun bzim texnikalara ehtiyat hissələri və sürtgü yağları verilməyib.Bu adam açıq-aşkar talançılqla məşğul olsada barəsində tədbir görən yoxdur.Aqşin müəllim şikayət edən işçilərə deyib ki, hara şikayət etsəniz araşdırılması mənə tapşırılacaq özünüzü yormayın.
Həmçinin Ucar “Aqroservis”-də olan 3 ədəd pambıq yığan kombaynı bizə təmir etdirib başqa şəxslərin istifadəsinə verdilər.Hansı ki, həmin pambıq yığan kombayınları təmir etməmişədn əvvəl bizim istifadəmizə veriləcəyini bildirib bizə təmir etdirdilər.Təmirdən sonra həmin pambıq yığan kombayınlar maddi marağa görə başqa şəxslərə verildi.Bizim təmirə çəkdiyimiz zəhmət haqqımızı isə ödəmədilər.
Həmçinin onuda qeyd edək ki, Ucar rayon Aqroservisində olan taxıl yığan kombaynların hamısı cprs aparatını söndürüb başqa rayonlara gedib oarada işləsələrdə biz ikimiz Ucar rayonunun kəndlərində vətəndaşların taxılını yığmışıq.
Mən Əhmədov Beyput Abbas oğlu qabaqcıl mexanizatoram, işimdə heç vaxt nöqsana yol verməmişəm. “Aqroservis” ASC-nin Akşin adlı şöbə müdirinin qanunsuz əməlləri talançılığ nəticəsində biz hazırda işsiz qalıb aclıq içində yaşamağa məhkum olmuşuq.
Xahiş edirik, şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırıb “Aqroservis” ASC-nin Aqşin adlı şöbə müdirinin barəsində ciddi tədbirlər görəsiniz”.Tia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…