ÜÇ ÖLKƏNİN PREZİDENTLƏRİ MİNSKDƏKİ AKSİYALARA QATILACAQ – DƏSTƏK ÜÇÜNbackend

ÜÇ ÖLKƏNİN PREZİDENTLƏRİ MİNSKDƏKİ AKSİYALARA QATILACAQ – DƏSTƏK ÜÇÜN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avqustun 9-da keçirilən prezident seçkilərindən sonra Belarusda etiraz aksiyaları start götürüb. JAMAZ.İNFO xəbər verir ki, 12 gündür davam edən etirazların əsas episentri Mminsk olsa da, ölkənin digər şəhərlərində də aksiyalar dayanmaq bilmir.
Qeyd edək ki, Belarusda keçirilən son seçkilərin nəticələri saxtalaşdırılıb və əksər böyük dövlətlər onun nəticələrini tanımayıb. Xüsusən də qonşu Litva, Latviya və Estoniya Minskdə legitim hakimiyyətin müaxlifətin namizədi Svetlana Tixanovskaya olduğunu bildirib.
JAMAZ.İNFO err.ee saytına istinadən xəbər verir ki, Latviyanın prezidenti Eqil Levits, Estoniyanın prezidenti Kresti Kalyulayd və Litvanın dövlət başçısı Qitanas Nauseda yaxın günlərdə Belarusiyaya gələrək, etirazçılara dəstək verməyi qərarlaşdırıblar. Sayt yazır ki, məqsəd Belarusda legitim hakimiyyəti dünyaya göstərmək və onlara dəstək verməkdir. Lakin səfərin konkret olaraq hansı tarixə təyin edildiyi məlum deyil.