Üç gün ərzində 25 dərəcə isti olacaqbackend

Üç gün ərzində 25 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Respublika ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb”.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit və bəzi yerlərdə yağıntılı keçsə də, aprelin 14-ü günün ikinci yarısında yağıntıların kəsilməsi gözlənilir:

“Sonrakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək, zəif külək əsəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəzi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib”.