ÜÇ AVROPALI BAŞ NAZİRİN KİYEVƏ SƏFƏRİNDƏ GİZLİNLƏR – EKSPERT ŞƏRHİbackend

ÜÇ AVROPALI BAŞ NAZİRİN KİYEVƏ SƏFƏRİNDƏ GİZLİNLƏR – EKSPERT ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa, Çexiya və Sloveniya baş nazirləri Ukraynaya səfər ediblər. Hökumət başçıları Polşadan qatarla Kiyevə yola düşüblər.

TİA. Az məlumat verir ki, bu, müharibə başladıqdan sonra xarici ölkələrdən Ukraynaya ilk yüksək səviyyəli səfərdir.
Faktın siyasi və psixoloji əhəmiyyəti ilə yanaşı, təhlükəsizlik baxımından da önəmi var. Şübhəsiz ki, hökumət başçıları NATO-dan qarantiya almasalar, belə bir addıma getməzdilər. Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, ilk səfərdən sonra bu tip səfərlərin arxasının gələcəyini və Kiyev səmasının de-fakto no fly zone olacağını düşünür: ” NATO ölkələrinin Polşa sərhədindən Ukraynaya yola saldıqları hərbi yardımların marşrutu da faktiki olaraq təhlükəsizlik koridorudur. Sonrakı mərhələdə Kiyevin və Ukraynanın qərbinin uçuşa yasaq bölgə elan olunması heç də fantastik ehtimal kimi görünmür.

Xatırlatmaq yerinə düşər ki, Gürcüstanda 2008-ci ilin avqust müharibəsi zamanı Polşa prezidenti Kaçinski, Ukrayna prezidenti Yuşşenko, Estoniya prezidenti İlves və Latviya baş naziri Qodmanisin Gəncə üzərindən Tiflisə gedərək oradakı mitinqdə iştirakları proseslərə təsiri olan önəmli hadisəyə çevrilmişdi”.

TİA. Az