Tribuna İnformasiya Agentliyi

“Twitter” rəhbərliyi publik tvitləri satdığını etiraf etdi

01 May

“Twitter” sosial şəbəkəsinin rəhbərliyi 2015-ci ildə publik tvitlərin seçim icazəsini bir ay müddətinə Aleksandr Koqanın “Global Science Research” şirkətinə satdığını etiraf edib

TİA.AZ-ın “Vistanews.ru”ya istinadən verdiyi xəbərə görə, “Global Science Research” 2014-2015-ci illərdə bu işlə məşğul olub.
Bildirilir ki, şirkətin yalnız publik məlumatlara çıxışı olub, istifadəçilərin şəxsi məlumatlarına isə çıxış icazəsi əldə etməyib.
“Facebook”un “Cambridge Analytica” şirkəti ilə bağlı qalmaqalından sonra “Twitter” rəhbərliyi hər iki şirkətin akkauntlarını bloklamaq qərarına gəlib.