Tütün məməmulatlarının qiyməti yenidən qalxırbackend

Tütün məməmulatlarının qiyməti yenidən qalxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Təklif edilən dəyişikliyə əsasən, siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Dəyişikliyə görə, həm də bir neçə mala aksiz dərəcələri tətbiq ediləcək. Belə ki, aşağıdakı dərəcələrin tətbiq edilməsi təklif edilir:

– Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

– Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.