Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndibackend

Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımı Oqulgerek Berdiməhəmmədovanın ilk dəfə olaraq fotosu yayılıb.

TİA.AZ əbər verir ki, Oqulgerek Berdiməhəmmədovanın şəklini Türkiyənin birinci xanımı Əminə Ərdoğan öz tviter hesabında paylaşıb.

Sözügedən foto 28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə görüşü çərçivəsində çəkilib.

Bu günə qədər Türkmənistan mediasında Oqulgerek Berdiməhəmmədovanın fotosu paylaşılmayıb. Hətta ölkə və dünya mətbuatı bu hadisəni “15 ildən sonra ilk dəfə Berdiməhəmmədovanın həyat yoldaşının fotosu yayıldı” başlığı ilə dərc edib.

Qeyd edək ki, birinci xanımın tərcümeyi-halı barədə də internet resurslarında məlumat yerləşdirilməyib.

KİV-ə sadəcə bu informasiya məlumdur: Q.Berdiməhəmmədovun O.Berdiməhəmmədovadan 2 qızı və bir oğlu var – Gülcahan, Gülşən və Sərdar.