“Türkmənistan hakimiyyəti koronavirus sözünü qadağan edib”backend

“Türkmənistan hakimiyyəti koronavirus sözünü qadağan edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq Türkmənistanda «koronavirus» kəliməsini işlətmək olmaz. Bu sözü dövlət KİV-ləri işlədə bilməyəcəklər, söz tibbi bukletlərdən də çıxarılıb.

Bu barədə «Sərhədsiz reportyorlar» beynəlxalq təşkilatı xəbər verib.

«Koronavirus barədə informasiyanı inkar etmək nəinki Türkmənistan vətəndaşlarının təhlükəsizliyini təhdid edir, həm də prezident Qurbanqulu Berdımühəmmədovun yaratmış olduğu avtoritarizmi gücləndirir» – deyə, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin başçısı Janna Kavelye bəyan edib.