Tribuna İnformasiya Agentliyi

Türkmənistanda ilk milli sosial şəbəkə yaradılıb

27 Dekabr

Türkmənistanda ilk milli sosial şəbəkə yaradılıb. Yeni sosial şəbəkə “Biz burada” -“Bi-Bi” (bizbarde.com.tm) adlanır.

TİA.AZ bildirir ki, layihə rəhbərləri özlərinin milli sosial şəbəkəsinin yaradılmasına ehtiyac olduğunu bildiriblər.

Layihənin rəhbəri Əziz Beknazarov şəbəkənin yaradılması prosesində çətinliklərlə rastlaşdıqlarını, funksionallığa malik rahat sosial şəbəkə yaratdıqlarını deyib.

 “Bi-Bi” şəbəkəsinin missiyası Türkmənistanda effektiv kommunikasiya və ünsiyyət yaratmaqdır.