Türkiyəyə uçuşların məhdudlaşdırılması: Kreml məsuliyyəti boynundan atdıbackend

Türkiyəyə uçuşların məhdudlaşdırılması: Kreml məsuliyyəti boynundan atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyəyə uçuşlara məhdudiyyət qoyulması ehtimalını şərh etməkdən imtina edib. 
TİA.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Bu məsələ ilə bağlı mən bir şey deyə bilmərəm, yalnız sualı hökumətə yönləndirə bilərəm, çünki epidemioloji vəziyyətin inkişafı nəzərə alınaraq qərarlar orada, operativ qərargahımızda verilir”, – Peskov deyib.
29 martda Türkiyə Prezidenti Ərdoğan Türkiyənin əksər əyalətlərində infeksiya sayında artım olduğu üçün həftə sonları – cümə günü saat 21:00-dan bazar ertəsi 5:00-a qədər qadağan tətbiq olunduğunu açıqlayıb.
8 apreldə isə Rospotrebnadzor rəhbəri Anna Popova Türkiyədə koronavirus ilə əlaqədar vəziyyətin çox sürətli şəkildə çətinləşdiyini və mutasiya edilmiş ştammların çoxunun Rusiyaya məhz Türkiyədən gətirildiyini deyib. Onun sözlərinə görə, son həftələrdə Türkiyədə koronavirusa yoluxmalar 4 dəfə artıb.
Bu baxımdan o, may tətilləri üçün Türkiyəyə gedəcək rusların “son dərəcə yöndəmsiz vəziyyətdə qala biləcəklərinə” diqqət çəkib. Birincisi, Türkiyədə köhnə məhdudiyyətlər rejimi yenidən tətbiq olunur və “istirahət əvəzinə həqiqətən karantin zonasına girə bilərsiniz”, – o deyib və əlavə edibkiTürkiyədən koronavirus gətirilməsiylə bağlı böyük risk var.