Türkiyəyə aviabilet tələbatı 4 dəfə artıb! – Rusiyadabackend

Türkiyəyə aviabilet tələbatı 4 dəfə artıb! – Rusiyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkələr arasında aviauçuşların tezliklə bərpası barədəki xəbərlərin fonunda Rusiya əhalisi arasında Türkiyəyə aviabilet sifarişi kütləvi hal alıb. «Aviasales» servisinin məlumatlarına istinadla, bu barədə «Lenta.ru» portalı xəbər verib.

«Dünənlə müqayisədə, Türkiyəyə aviabilet sifarişləri 4 dəfə artıb» – xəbərdə dəqiqləşdirilir. İstifadəçilər xüsusilə İstanbula, Antalyaya, Dalamana, İzmir və Bodruma reyslərlə maraqlanırlar.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan uçuşların bərpası məsələsini müzakirə ediblər və danışıqlara başlamaq üçün uyğun idarələrə tapşırıq veriblər.

Ardınca Türkiyə KİV-ləri ölkənin Nəqliyyat Nazirliyinə istinadla xəbər veriblər ki, iyulun 15-dən Rusiya və Türkiyə arasında aviauçuşlar bərpa olunacaq.

«Rospotrebnadzor» isə aviauçuşların Böyük Britaniyaya, Macarıstana, Almaniyaya, Danimarkaya, İtaliyaya, Niderlanda, Norveçə, Polşaya, Finlandiyaya, Vyetnama, Çinə, Monqolustana və Şri-Lankaya bərpasını tövsiyə edib.