Türkiyənin Yozqat universiteti Azərbaycanlı tələbələri qəbul etməyə hazırdırbackend

Türkiyənin Yozqat universiteti Azərbaycanlı tələbələri qəbul etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin yüksək keyfiyyətli təhsil sistemi və qabaqcıl universitetləri təkcə azərbaycanlı tələbələri deyil, beynəlxalq tələbələridə özünə cəlb etməkdədir. Buna səbəb isə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımlardır, həmçinin Avropa ölkələrində də tətbiq olunan Bolonya təhsil sisteminin türk universitetlərində də tətbiq olunmasıdır. Türkiyədə təhsil almağı düşünən tələbələr universitetlərdə daim inkişaf etməkdə olan təhsil mühiti tapacaqlar.

Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Yozgat Bozok Universiteti 2006-cı ildə qurulmuş, innovativ və universal dəyişiklikləri həyata keçirən, keyfiyyətə əsaslanan və inkişaf proseslərini idarə edən bir universitet olmağı öhdəsinə götürmüşdür.

Yozgat Bozok Universiteti məzunlarına pedaqoji formalaşma təhsili verir və mübadilə proqramları təqdim edir. Universitetdən əldə olunan diplom Avropanın təhsil müəssisələrində və ya akademik proqramlarında ekvivalentliyə malikdir. Bundan əlavə, Yozgat Bozok Universiteti tələbələrinə təhsil müddəti ikili ixtisas kimi təhsil proqramlarıda təqdim edir.

Türkiyənin ən qabaqcıl universitetlərindən olan Yozgat Bozok Universitetinin rektoru Prof. Dr. Ahmet Karadağ avqustun 1-də İstanbul Group Xaricdə Təhsil Mərkəzin qonağı olmuşdur. Dəyərli qonağa İstanbul Group Xaricdə Təhsil Mərkəzinin əldə etdiyi nailiyyət və gördüyü fəaliyyətlər haqqında ətraflı məlumat verilmişdir. Sonda Yozgat Bozok Universitetinin rektoru Prof. Dr. Ahmet Karadağ təhsil görüşü ilə bağlı məmnunluğunu ifadə etmişdir. Aşağıda qeyd olunan linkə daxil olaraq, İstanbul Group xaricdə təhsil mərkəzi haqqında ətraflı məlumat ala bilərsiniz.