Türkiyənin “Pegasus” şirkəti istanbul-İrəvan reysi üçün Ermənistana ərizə verdi (VİDEO)backend

Türkiyənin “Pegasus” şirkəti istanbul-İrəvan reysi üçün Ermənistana ərizə verdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reysləri üçün ərizəni Ermənistanın Mülki Aviasiya Komitəsinə təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.
“Onlar fevral ayından başlayaraq həftədə iki uçuş həyata keçirmək üçün müraciət ediblər”, – Arutyunyan deyib.
Onun sözlərinə görə, Komitə ağlabatan müddətdə ərizəyə baxacaq.
Dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
Dekabrın 24-də məlum olub ki, “Flyone Armenia” aviaşirkəti Yerevan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.