Türkiyənin istehsal edəcəyi peyvənd pandemiyanı sonlandıra bilərbackend

Türkiyənin istehsal edəcəyi peyvənd pandemiyanı sonlandıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin sprey formasında koronavirus peyvəndi “İntranazal Kovid” pandemiyanın bitməsində önəmli rol oynaya bilər.
Bu barədə türkiyəli infeksionist professor İsmayıl Balık “Hürriyet”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu peyvənd lokal (yerli) anticisim hazırlayacaq:
“Bu lokal anticisimlər hələ burun və ağızda olan virusun orqanizmə yayılmasının qarşısını alacaq. Bu baxımdan sprey peyvəndlər digər vaksinlərin bacarmadığını həyata keçirirlər”.
Professor qeyd edib ki, “İntranazal Kovid” spreyi eyni zamanda virusun başqalarına keçməsinin də qarşısını alır.
Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, türkiyəli alimlərin bu nailiyyəti dünyada sprey formasında ilk peyvənd olacaq. O, tezliklə peyvəndin birinci mərhələ sınaqlarına başlanacağını açıqlayıb.
Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank bu il ərzində peyvəndin istifadəyə veriləcəyini açıqlayıb.