Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib – FOTObackend

Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.

Bu barədə  Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.
Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.

***

Türkiyə Quru Qoşunlarının ərazilərin minalardan təmizlənməsi üzrə iki bölüyü Azərbaycan əsgərlərinə yardım edəcəklər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, türkiyəli əsgərlər erməni işğalından azad olunmuş ərazilərin minalardan təmizlənməsinə fəal iştirakla yanaşı azərbaycanlı həmkarlarına təlim də keçəcəklər.