TÜRKİYƏNİN BU ŞƏRTLƏRİ QƏBUL EDİLDİ – 11 maddə + “F-16” qırıcıları…backend

TÜRKİYƏNİN BU ŞƏRTLƏRİ QƏBUL EDİLDİ – 11 maddə + “F-16” qırıcıları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Türkiyə, İsveç və Finlandiyanın Xarici İşlər nazirləri iyunun 28-də memorandum imzalayıblar. Bu memorandum imzalandıqdan sonra Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə icazə verib.

Qeyd edək ki,  Türkiyə lideri R.T.Ərdoğan NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçdən “quru sözlər yox, nəticə” gözlədiyini bildirmişdi. Habelə Ərdoğan ABŞ Prezidenti Co Baydendən Türkiyəyə “F-16” qırıcıları verilməsini istəyəcəyini də vurğulamışdı.

Memoranduma gəlincə, demək olar ki, Türkiyənin tələb etdiyi bütün şərtlər qəbul edilib:

1. PKK və onun yan qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq;

2. Bütün forma və təzahürlərində terrorla mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək;

3. PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi;

4. Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması;

5. Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi;

6. Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması;

7. Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması;

8. PKK, onun qolları və digər bağlı təşkilatlarının vəsait toplama və işə cəlb etmə fəaliyyətinin qadağan edilməsi və onların araşdırılması;

9. Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması;

10. Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi;

11. Bu addımların həyata keçirilməsinə nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.

Diplomatik mənbələrdən verilən xəbərlərə görə, ABŞ prezidenti Co Bayden Türkiyəli həmkarının tələbi üzrə bu ölkəyə “F-16” qırıcılarının verilməsinə razılaşıb.