Türkiyənin 81 vilayətində 4 gün evdən çıxmaq qadağan edilibbackend

Türkiyənin 81 vilayətində 4 gün evdən çıxmaq qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Ramazan bayramı ilə əlaqədar 4 gün karantin rejimi tətbiq olunacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bununla əlaqədar Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) 81 vilayətə sərəncam göndərib.

Sənəddə qeyd olunub ki, yeni növ koronavirus (COVID-19) pandemiyası elan olunandan indiyədək DİN ölkə başçısı, səhiyyə naziri, nazirliyin nəzdində yaradılan Elm Qurumunun tövsiyələrinə uyğun olaraq addımlar atıb.

Bu dəfə də nazirlik 2 gün həftəsonu və 2 gün də Ramazan bayramı daxil olmaqla, 23-26 may tarixlərində (22 may gecə 00:00-dan 26 may gecə 00:00-dək) evdən çıxmağı qadağan edib.

Lakin mayın 23-də saat 17.00-dək marketlər, dükanlar, qəssabxana və bu kimi ticarət yerləri açıq olacaq, mayın 24-26-da isə yalnız çörək və un məmulatları satan mağazaların fəaliyyətinə icazə veriləcək.

Bununla yanaşı, aptek, dezinfeksiyaedici vasitələr istehsal edən müəssisələr və bu kimi zəruri iş yerləri açıq olacaq.