Türkiyəli nazir “Lotu Quli”nin həbsinin təfərrüatını açıqladı – VİDEObackend

Türkiyəli nazir “Lotu Quli”nin həbsinin təfərrüatını açıqladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu azərbaycanlı kriminal avtoritet Nadir Səlifov barədə danışıb.
Türkiyəli nazir “TRT Haber”ə müsahibəsində “Lotu Quli” haqqında danışarkən “dünyanın ən güclü 12 mafiya liderindən birini Türkiyəyə gətirdilər” fikrini səsləndirib.
“2018-ci ildə dedilər ki, Rusiyanın mafiyaları Türkiyədə görüşəcəklər. Əməliyyat keçirək dedilər, keçirdik, lakin tapa bilmədik. Daha sonra şəxsən mən bu işin ardınca düşdüm.
“Lotu Quli” adlandırılan Nadir Səlifov adlı şəxs 20 il həbsxanada yatıb. Nadir Səlifov dünyanın 12 ən güclü mafiya liderindən biridir. Bir çox insan gəldi-getdi, elə olsun, belə olsun dedilər. Ancaq onu yaxaladıq. Həbsə saldıq. İki gün ərzində vəkilləri Türkiyədən çıxmamaq şərti ilə geri göndərmə mərkəzindən buraxılması qərarına nail oldular.
Hüquqşünaslarımız məni bağışlasın, “hüquqa boyun əymədim, buna qarşı mübarizə aparacağıq” dedim. Onu geri göndərmə mərkəzindən bir metr çıxardım, sonra yenə yerinə qaytardım. 2-2,5 ay orada gözlətdik, danışdırdıq, sonra da ölkəsinə deportasiya etdik. Sonra başqa ölkədə – Yunanıstanda pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Türkiyədə yaxınlığında olan mühafizəçisi onu öldürdü”, – deyə Türkiyəli nazir bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyə mafiyasının əsas liderlərindən biri Sedat Peker azərbaycanlı Nadir Səlifov – “Lotu Quli” barədə danışmışdı. O, “Quli”nin deportasiya edilməsinə baxmayaraq, Türkiyəyə qayıda bildiyini iddia etmişdi.